adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 17:31
87
İDMAN
A- A+

Neymar fərdi məşqlərə başladı

Braziliya millisinin hücumçusu Neymar dünya çempionatı çərçivəsində fərdi məşqlərə start verib.

Adaet.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası məlumat yayıb.

Sağ baldır nahiyəsindən aldığı zədə səbəbindən son bir ayda yaşıl meydanlardan uzaq qalan 34 yaşlı hücumçu bərpa prosesini davam etdirir və artıq qaçış hərəkətləri yerinə yetirib. Komandanın baş məşqçisi Karlo Ançelotti forvardın mümkün qədər tez sıraya dönməsi üçün çalışdığını bildirib.

Mütəxəssis futbolçunun yalnız oyun keyfiyyətləri ilə deyil, həm də təcrübəsi ilə komanda üçün vacib olduğunu vurğulayıb: "Neymar ən qısa zamanda sağalmaq üçün çox çalışır. Ümid edirik ki, yaxın günlərdə yenidən komanda ilə məşqlərə qoşulacaq".

Qeyd edək ki, Neymar mayın 17-də "Santos"un heyətində çıxış edərkən zədələnib. Braziliya millisinin tibbi heyəti futbolçunun mundialın pley-off mərhələsinə qədər tam hazır vəziyyətə gətirilməsini hədəfləyir.

“Samboçular”ın C qrupunda növbəti oyunu iyunun 20-də Haiti seçməsinə qarşı olacaq. Yığma iyunun 14-də Mərakeşlə keçirilən ilk matçda 1:1 hesablı heç-heçə edib.

Xatırladaq ki, Neymar milli komandada sonuncu matçına 2023-cü ilin oktyabrında çıxıb. Uruqvayla görüşdə ağır diz zədəsi alan futbolçu həmin vaxtdan bəri müxtəlif zədələrlə mübarizə aparır. Onun Haiti ilə qarşılaşmanı da buraxacağı gözlənilir.