Makqreqor sıradan çıxdı - 1 illik
Keçmiş UFC çempionu Konor Makqreqor amerikalı Maks Hollouey ilə döyüşdə aldığı zədəyə görə bir il ərzində döyüşə bilməyəcək.
Adalet.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında bildirib. “Makqreqor bir illik sıradan çıxıb”, – o qeyd edib.
Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşündə - Las-Veqasda keçirilən UFC turnirində görüş başladıqdan 65 saniyə sonra texniki nokautla Holloueyə məğlub olub. İrlandiyalı idmançı ilk saniyələrdə dizini zədələyib və döyüşü davam etdirə bilməyib.


Bakı -°C

