Nigardan xəbər var...

Əməkdar artist Nigar Şabanova statusu ilə gündəm olub.
Adalet.az xəbər verir ki, o, instagram hesabında yeni fotosunu paylaşaraq " heç vaxt uduzmadım. Ya qazandım, ya öyrəndim." fikrini qeyd edib.
Sənətçinin izləyiciləri bu sözləri birmənalı qarşılamayıblar. Bir qrup müğənninin hələ də keçmişi ilə yaşamasını qeyd edib, digər bir hissə isə müəyyən insanlara söz atdığını zənn edib.
Qeyd edək ki, Şabanova sənəti ilə yanaşı ailə həyatı və ustadı Mələkxanım Əyubova ilə qalmaqalı ilə gündəmdə olan sənətçilər sırasındadır.
Əntiqə