"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı - VİDEO
Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb.
Adalet.az xəbər verir ki, nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.
İlkin məlumata görə hadisənin baş verməsinə səbəb yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edir, sürücüləri yol və hava şəraitini hər zaman diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xarakteristikasının onun keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirməyə çağırır!
Digər Xəbərlər
23 Noyabr 2026 17:43
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
23 Noyabr 2026 12:12
Bakıda pirotexniki vasitələr aşkar edildi
23 Noyabr 2026 10:55
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət - VİDEO
23 Noyabr 2026 10:53


Bakı -°C

