adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 May 2023 14:14
890
ŞOU-BİZNES

Nura Suri: “3 gündür şok yaşayıram”

“ Bizə min şükür. Bizdəki hadisələri həzm edə bilməyən mən 3 gündür şok yaşayıram. Yaxşı ki, indiyə kimi proqramlara, xəbərlərə baxmamışam, ürəyim partlayardı. Bu nə dünyadır biz yaşayırıq?!”

Adalet.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabına yazıb.

““Show” TV-də “Vazgeçme” proqramına 3 gün baxdıqdan sonra seriallar haqqında dediklərimə peşman oldum. Seriallardakı hadisələr daha normal imiş. Türkiyədə qız uşaqlarını pul qarşılığı ərə verirlər (satırlar), şəkildəki uşağı ərə veriblər, sonra da ərə verildiyi yerdə öldürüblər.

15 yaşlı qız itib, polis axtarmayıb. Qohumu gənc qız (yaşıdı) efirə çıxıb narkotik alveri ilə məşğul olan insanlar tərəfindən oğurlandığını deyir, polisə məlumat verdiklərini və sonra qızın tamamilə yerli-dibli itdiyini iddia edir. Ya polis əlbirdir, ya da veclərinə deyil. 

Mən hələ çox qısa və qəbulolunan formada yazmışam. Baxsanız, dəhşətə gələrsiniz. 

2 gün xəbərlərə baxdım beynim “error” verdi. Küçədə alovlu silahdan atəş açıb qonşusunu öldürən, küçənin ortasında arvadını döyüb öldürən, qadın paltarı geyinən başı bağlı kişilərin parkdan uşaq qaçırmaq istəyən, bildiyiniz qorxulu filmlərdən betər hadisələr.

Bizə min şükür. Bizdəki hadisələri həzm edə bilməyən mən 3 gündür şok yaşayıram. Yaxşı ki, indiyə kimi proqramlara, xəbərlərə baxmamışam, ürəyim partlayardı. Bu nə dünyadır biz yaşayırıq?!”

Eminquey