15 Sentyabr 2025 14:44
143
İDMAN

Nuri Şahinlə 3 illik müqavilə imzaladılar

Türkiyənin “Başakşəhər” komandası yeni baş məşqçisi Nuri Şahinlə rəsmi müqavilə imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub onunla 3 illik müqavilə imzalayıb.

37 yaşlı məşqçi sonuncu dəfə Almaniyanın "Borussiya" (Dortmund) klubunda çalışıb.