“Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib - FOTOLAR
“Azərsun Holdinq” in hər il ənənəvi olaraq təşkil etdiyi ali təhsil müəssisələri ilə illik əməkdaşlıq görüşü bu il də uğurla yekunlaşıb.
Adalet.az xəbər verir ki, görüşdə ölkənin aparıcı ali təhsil ocaqlarının nümayəndələri şirkətlər qrupunun cari il ərzində gənclərlə bağlı həyata keçirdiyi təşəbbüslər, müxtəlif proqramlar və layihələrlə tanış olublar. Gənc İstedadlar Proqramı, Yay Təcrübə Proqramı və digər inkişaf təşəbbüsləri ətraflı müzakirə olunub.
Bundan əlavə, universitetlər tərəfindən təşkil edilən məcburi istehsalat təcrübəsi proqramlarının planlanması, qəbul qaydaları və həyata keçirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Həmçinin bu ildən etibarən “Azərsun Holdinq” tərəfindən ali təhsil müəssisələrində “Şirkət Günü”nün keçirilməsi ilə bağlı razılıq əldə olunub.
“Azərsun Holdinq” bu cür təşəbbüsləri ilə ölkədə insan kapitalının inkişafına, gənclərin karyera imkanlarının artırılmasına və akademik mühitlə iş dünyası arasında körpü rolunun gücləndirilməsinə xidmət edir.
Digər Xəbərlər
26 Avqust 2026 18:34
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır
26 Avqust 2026 11:27
Bu universitet erməni dilinin tədrisinə başlayır
25 Avqust 2026 18:21
“Tələbəlik illərinin yadda qalmasını arzulayıram”
25 Avqust 2026 16:05
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25 Avqust 2026 15:24
Əkiz bacılar eyni ixtisasa qəbul olundu
25 Avqust 2026 12:41
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
25 Avqust 2026 11:11
Universitetə qəbul olan şəhid övladları - SİYAHI
24 Avqust 2026 20:13


Bakı -°C

