Ödəmə terminalından oğurluq edildi - VİDEO

Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.
E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
24 Oktyabr 2025 16:05 Azərbaycanlı kriminal avtoritet Rusiyada həbsxanada öldürüldü
24 Oktyabr 2025 14:11 Vəkil Zabil Qəhrəmanov saxlanılıb - YENİLƏNİB
24 Oktyabr 2025 11:43 İrandan Azərbaycana narkotik gətirmək istədilər - FOTO
24 Oktyabr 2025 10:40 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
24 Oktyabr 2025 10:33 Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı - VİDEO
24 Oktyabr 2025 08:45 Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - Qəribə cinayətin təfərrüatı - VİDEO
23 Oktyabr 2025 12:15 İrandan Azərbaycana 35 kq narkotik keçirmək istədi
23 Oktyabr 2025 11:34 

Bakı -°C 






