24 Oktyabr 2025 14:11
108
KRİMİNAL

Vəkil Zabil Qəhrəmanov saxlanılıb - YENİLƏNİB

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

Adalet.az apa-ya istinadən xəbər verir ki, onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

    Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

    ***

    13:54

    Gəncədə tanınmış vəkil saxlanılıb.

    Adalet.az apa-ya istinadən xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanov ötən gün tutulub.

      Məlumata görə Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

      Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

      Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.