"Ödənişlər 2-3 dəfə artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq" - Komitə sədri
"Dövlət Məşğulluq Agentliyi Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu bildirir. Məzunlar və peşə məktəbləri arasındakı qeyri-mütənasibliyi aradan qaldırmalıyıq. Hər birimiz adi məişət problemini həll edərkən, yaxşı usta, dülgər, bənna, yaxud inşaat mühəndisi axtarırıq. Beləliklə, 100 minlərlə insanı işsiz kateqoriyasından çıxarmaq üçün onları müxtəlif peşə və ixtisaslara sahib etsək, nəticədə, yüksək gəlirləri olan vətəndaşlar öz gələcək sosial ödənişlərini özləri formalaşdıracaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
"Veteranlarla bağlı hər kəs təklif edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırılsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq. Əsas məsələlərdən biri veteranlara müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır. O zaman müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər, gənc yaşlarından başlayaraq həm də mülki həyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurslarını artırmaqdır", - deyə komitə sədri bildirib.
Digər Xəbərlər
27 Yanvar 2026 12:27
Ceyhun Bayramov Çinə səfər edəcək
27 Yanvar 2026 12:25
“Türkiyə İrana müdaxilə ərəfəsində neytrallığını qorumağa söz verib...”
27 Yanvar 2026 12:15
Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR
27 Yanvar 2026 10:55
“Rusiya komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir”
27 Yanvar 2026 09:42
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
26 Yanvar 2026 19:42
İsrailin xarici işlər naziri Milli Məclisin deputatları ilə görüşüb - FOTO
26 Yanvar 2026 19:15
Gücü olan qaydanı qoyur -Səxavət Məmməd yazır
26 Yanvar 2026 19:05


Bakı -°C

