Oğruların "Ferrari"-si...
Hər nə qədər müasirləşsək və sivil cəmiyyətlər olsaq da hər gün cinayətkarlığa qarşı mübarizə çox gərgin şəkildə davam edir. Bu mübarizə zamanı bəzən çox maraqlı və qəribə situasiyalarla rastlaşmaq olur. Beləki belə hadisələrdən biri Çexiyada baş verib.
Çexiyada təhlükəsizlik qüvvələri tərəfindən cinayətkarlardan müsadirə edilən "Ferrari" avtomobilləri cinayətkarlıqla mübarizə məqsədilə hüquq-mühafizə orqanlarının ixtiyarına verilib.
Xarici mediya xəbər verir ki, bununla bağlı Çexiyanın Baş Təhlükəsizlik İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, cinayətkarlardan alınan "Ferrari" artıq polis maşınına çevrilib və təhlükəsizlik qüvvələrinin avtomobil parkındadır.
Məlumatda vurğulanır ki, əvvəllər cinayətkarlara xidmətində olan idman avtomobili bundan sonra cinayətlə mübarizədə polis qüvvələrinin əməliyyat işinə töhfə verəcək.
Bundan sonra "Ferrari" ilə avtomobil oğruları tutulacaq. Bu maşın xüsusilə qeyri-qanuni yarışların qarşısını almaq və avtomobil oğrularını tutmaq üçün istifadə olunacaq.
HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ
Digər Xəbərlər
01 Yanvar 2026 10:20
Zelenski: Sülh sazişinin 90 faizi hazırdır
01 Yanvar 2026 10:11
Amsterdamda Yeni il gecəsi 150 illik kilsə binası yanaraq məhv oldu
01 Yanvar 2026 08:35
Türkiyəli qadın Trampın qızı olduğunu iddia edir
31 Dekabr 2025 16:11
Gürcüstanda 50 milyonluq heroin müsadirə edildi
31 Dekabr 2025 16:00
"2026-cı il Avropa üçün həlledici ola bilər" - Fridrix Merts
31 Dekabr 2025 15:41
Türkiyədə 3 çoban qar uçqununa düşdü - Axtarış aparılır
31 Dekabr 2025 15:16
Ərdoğan: 600 min suriyalı Türkiyədən vətəninə qayıdıb
31 Dekabr 2025 15:08


Bakı -°C

