adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2026 19:12
69
ŞOU-BİZNES
A- A+

Oktay Çubukun ürəyi dayandı

Sonuncu dəfə "Can borcu" serialında rol alan türkiyəli aktyor Oktay Çubukun Portuqaliyanın paytaxtı Lissabonda ürəyi dayanıb.

Adalet.az xəbər verir ki, hadisə aktyor anası Nilhan Çetinyamaç Çubuka yoldaşlıq edərkən baş verib. 

Dərhal xəstəxanaya çatdırılan aktyora təcili tibbi yardım göstərilib. Həkimlərin müdaxiləsi nəticəsində onun ürəyi yenidən işə salınıb. İlkin müdaxilədən sonra aktyorun həyati təhlükəsinin aradan qalxıb.

Hazırda 30 yaşlı aktyor reanimasiya şöbəsində müalicə alır. Onun üzərində tibbi müayinələr davam etdirilir.

Qeyd edək ki, daha əvvəl aktyorun ürəklə bağlı hər hansı ciddi sağlamlıq problemi olmayıb.