adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Yanvar 2022 19:25
705
İQTİSADİYYAT

Ölkə başçısı: Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb

Bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Nəticələr gözlənilən kimidir. İqtisadi artım 5%-dən çoxdur.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, çox gözəl göstəricidir: "Xüsusilə, müharibədən çıxmış ölkə üçün. Və ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır".