Omanda Ermənistan səfirliyi açılır:30 ildən çoxdur ki...
Oxucularımıza məlumat üçün bildirək ki, Ermənistan və Oman Sultanlığı arasında diplomatik əlaqələr 1992-ci ilin iyulunda qurulub. 2011-ci ildən Oman Sultanlığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd bin Avad bin Əbd əl-Rəhman əl-Həssandır.
Ermənistan-Oman iqtisadi əlaqələrində Ermənistanın Omandan mal idxalı üstünlük təşkil edir: balıq, neft məhsulları, təmizləyici məhsullar, mumlar, bitum məhsulları və s. 2009-cu ildə Ermənistan və Oman arasında ticarət dövriyyəsinin həcmi 24,3 min ABŞ dolları təşkil edib .
Buna baxmayaraq bu günə qədər Ermənistanın Oman Sultanlığında səfirliyi yox idi.
Adalet.az xəbər verir ki, Ermənistan Oman Sultanlığında səfirlik açacaq.
Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb:"Ermənistanla ərəb ölkələri arasında münasibətlər son illər dinamik inkişaf edir. Siyasi dialoq, ticari-iqtisadi əməkdaşlıq, o cümlədən təhsil, mədəni və humanitar sahələrdə əlaqələr baxımından fəallıq var".
Qeyd edək ki, eramızdan əvvəl 4-cü minillikdə Nil , Dəclə , Fərat və Hind hövzələrinin qədim sivilizasiyalarının tranzit ticarətinin cəmləşdiyi Omanda limanlar yaranıb. Ərazisi 309,500 km² ( 69-cu yer), əhalisi büdcəsi 3,219,775 ( 132-ci yer) olan Oman iqtisadiyyatının əsasını neft ixracı təşkil edir. Böyük neft ehtiyatlarına malik Oman rəhbərliyi iqtisadiyyatı şaxələndirmək, qaz hasilatını, metallurgiya sənayesini və turizmi inkişaf etdirmək niyyətindədir. 2014-cü ilin məlumatlarına görə adambaşına düşən ÜDM 44,100 ABŞ dolları təşkil edərək dünyada 31-ci yerdədir. İşçi qüvvəsinin təxminən 60%-ni əcnəbilər (Pakistan, Hindistan, Banqladeş, Şri Lanka) təşkil edir.
Əntiqə Rəşid
Digər Xəbərlər
26 Oktyabr 2026 13:16
ZELENSKİ UKRAYNANIN QORBAÇOVUDU
26 Oktyabr 2026 12:32
Pezeşkian Rusiyaya gedir
26 Oktyabr 2026 12:12
Ərəb koalisiyası Husilərin anbarlarını məhv etdi
26 Oktyabr 2026 12:07
Paşinyan: Ölkəyə yeni müxalifət lazımdır
26 Oktyabr 2026 10:55
Macəra turizmi üzrə dünya liderləri Kapadokiyada bir araya gəldi - FOTOLAR
26 Oktyabr 2026 10:53
Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
26 Oktyabr 2026 10:00
Kilsədəki hücuma görə 3 nəfər saxlanıldı
26 Oktyabr 2026 09:29


Bakı -°C

