adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 22:47
65
İDMAN
A- A+

“Onun üçün meydanda ölməyə də hazıram”

“Real Madrid”in yeni transferi Yan Diomande komandanın baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında çalışmaq təəssüratlarını bölüşüb.

Adalet.az İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, kot-d'ivuarlı vinger portuqaliyalı mütəxəssis haqqında iddialı ifadələr işlədib:

“Onunla işlədiyim üçün çox xoşbəxtəm, çünki ən yaxşısıdır. Öyrənəcəyim çox şey var, mənim gələcək inkişafım üçün ən doğru məşqçidir. Onun üçün meydanda ölməyə də hazıram”.

Xatırladaq ki, Yan Diomande bu yay Almaniyanın “Leyptsiq” klubundan Madrid təmsilçisinə keçib. Onun transferinin ümumi dəyəri 140 milyon avro təşkil edib ki, bunun da 15 milyon avrosu bonuslar şəklində ödəniləcək.

Kot-d'İvuar əsilli futbolçu 2025-ci ildən Almaniya klubunun şərəfini qoruyurdu. Başa çatan 2025/2026 mövsümündə o, bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Bundan əlavə, son DÇ-2026-da Diomande 4 qarşılaşmada iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb.