Oqtay Şirəliyevin yerinə təyinat olacaq

Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Adalet.az xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.
Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.
Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.
Digər Xəbərlər

Dövlət qurumlarına qarşı kiberhücumların qarşısı alındı

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

Azad edilmiş ərazilərdə daha 156 mina aşkarlanıb

Dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb

Polis Gəncədəki III MDB Oyunlarında xidmətdədir - VİDEO

DİN: Hesabda şübhəli əməliyyat olduqda polisə məlumat verilməlidir

Əmək pensiyalarının təyin edilməsinə dair yeni prosedur
