“Hər iki ailə başçısı işləyirsə belə yenə də orta həyat səviyyəsini təmin edə bilmir”
“Azərbaycanda əhalinin borc yükü sürətlə artır. İnsanlar qazandıqları gəlirin böyük bir hissəsini borca ödəməli olurlar. İnsanlar yaşayış səviyyəsini qoruyub saxlamaq üçün daha çox istehlak kreditləri götürür. Mərkəzi Bankın açıqladığı “2025-ci ilin I yarımili üzrə Maliyyə Sabitliyi” adlı hesabatında deyilir ki, əhalinin sərəncamında qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi artaraq 18,5% olub”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razi Abasbəyli deyib.
Onun sözlərinə görə, bu o deməkdir ki, əhalinin sosial, sığorta, vergi ödənişləri etdikdən sonra vətəndaşın əlində qalan puldur:
“Həmin geri qalan pulun da 18.5 faizi kredit borclarına sərf edilir. Əhalinin borclanması sürətlə davam edir. Əgər 2020-ci ildə əhalinin borc yükü 11.5 faiz idisə, bu rəqəm 2025-ci ildə 18.5 faizə qədər yüksəlib. Mövcud məlumata görə, Azərbaycanda kommunal xidmətlərə (su, işıq, qaz və digər yanacaq növləri) ailələrin aylıq istehlak xərclərinin təxminən 8,1%-i sərf olunur. İndi isə gəlin minimum əmək haqqı ilə faktiki xərcləri hesablayaq: - Kredit borcları üçün 400 manatın 18.5 faizi = 74 manat - Kommunal xərclər üçün 400 manatın 8.1 faizi = 32 manat 80 qəpik - Səhiyyə xərcləri üçün 400 manatın 16.5 faizi = 67 manat - Təhsil xərcləri üçün 400 manatın 6.6 faizi = 26 manat 40 qəpik. Beləliklə əgər orta statistik bir azərbaycanlı ailəsində yaşayan və bir nəfərin işləməsi ilə xərclərin statistikası belədir. Nəticədə 400 manatın (74+32.8+67+26) 199 manat 80 qəpiyi kredit, komunal, təhsil və səhiyyə xərclərinə sərf edilir. Statistikaya görə, bir ailə ay ərzində qida məhsullarına ortalama 668,7 manat xərcləyir və bu, ümumi xərclərin 42,9 %‑ni təşkil edir”.
O, bildirib ki, əgər bu göstəricini bir nəfərə düşən xərclərə tətbiq etmək istəsək, ailənin nə qədər üzvdən ibarət olması vacibdir:
“Məsələn, əgər ailədə 4 nəfər varsa: 668 manatın bir nəfərə düşən ərzaq xərci təxminən 167 manat olar. 199.80 + 167 = 366.80 qəpik 1 uşaqlı ailədə bir nəfərin işləyərək minimum əmək haqqı alması halında mənzərə belədir. Əlbəttə ki, bu rəsmi statistika əsasında çıxardığımız nəticədir. Azərbaycanda uşaq pulu verilmir. Gənc ailələr üçün heç bir sosial dəstək paketi mövcud deyil. Əgər biz hətta bir ailədə hər iki ailə başçısının işləyərək (400+400) ayda 800 manat əmək haqqı aldığını da nəzərə alsaq, yenə mənzərə ürəkaçan olmayacaq. Çünki yuxarıda qeyd etdiyimiz 366 manat 80 qəpiyi şəxsi mənzili olan ailə üçün nəzərdə tutmuşuq. Geyim xərclərini bu hesablamamıza daxil etməməşik. İnternet, mobil rabitə, istirahət, şənlik, toy, yas iştirakçılığına görə xərclər də bura daxil etməmişik. Əgər ailədə hər iki ailə başçısı işləyirsə belə yenə də orta həyat səviyyəsini təmin edə bilmir. Yeri gəlmişkən Azərbaycanda işləyənlərin 46 faizi minum əmək haqqı alır. Söhbət iş tapıb işləyə bilənlərdən gedir və ən ciddi problem iş tapmaqdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Noyabr 2025 21:30
Şəkidə 300-ə yaxın ilk təşkilat sədrləri bir araya gəldi - FOTOLAR
20 Noyabr 2025 19:10
Erməni ekspertlər Bakıya GƏLİR
20 Noyabr 2025 12:28
“Vertolyotun səmada vurulması təkcə düşmənçilik deyildi...”
20 Noyabr 2025 12:21
Başıma silah dirəyib kitab yazdırıblar? - Səxavət Məmməd yazır
20 Noyabr 2025 11:07
Ukraynanın Azərbaycandakı səfirliyi matəm kitabı açıb
20 Noyabr 2025 10:54
“Mələk adları qoymaq İslam ənənəsində olmayıb” - İlahiyyatçı
20 Noyabr 2025 10:08
Əlilliyi olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydası dəyişib
19 Noyabr 2025 18:17


Bakı -°C

