adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2026 21:05
118
KRİMİNAL
A- A+

Nəsimi Nəbizadənin qardaşı həbs olundu -YENİLƏNİB

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Adalet.az xəbər verir ki, DİN-in məlumatına görə, Saray qəsəbə sakinləri – əvvəllər məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.

Onlardan ümumilikdə 12 kiloqram 962 qram marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, Sumqayıt məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

*** 20:16

Dünəndən sosial şəbəkələrdə gündəm olan keçmiş teleaparıcı Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. 

Adalet.az yenilik.az-a istinadən xəbər verir ki, məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.