AZAL Bakı-Moskva reysini təxirə saldı - SƏBƏB
Əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.
AZAL-dan Adalet.az-a verilən məlumata görə, Bakı – Moskva (Vnukovo) – Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.
Məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.
Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.
Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir.
Digər Xəbərlər
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58
Azad edilmiş ərazilərdə daha 503 mina aşkarlandı
01 Aprel 2026 12:44
Azərbaycandan çıxışı qadağan edilən 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
01 Aprel 2026 12:35
Dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb
01 Aprel 2026 12:25
Azərbaycanda yağışların yaratdığı ziyan 10 milyona çata bilər
01 Aprel 2026 12:04
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı yola düşüb – YENİLƏNİB
01 Aprel 2026 11:36


Bakı -°C

