Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR
Səhiyyə Nazirliyi fəaliyyətə başlayan yeni klinikaya mediatur təşkil edib.
Adalet.az xəbər verir ki, mediatur zamanı jurnalistlərə məlumat verən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov bildirib: “Klinikanın yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir. Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək.”
Nazim Pənahov qeyd edib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək.
Klinikanın baş həkimi Dilqəm Məmmədov mediatur zamanı jurnalistlərə bildirib: “Klinika yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək. Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək.”
Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq.
Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.
Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.
Digər Xəbərlər
24 Aprel 2026 08:31
Xəstənin üzərində nalayiq hərəkətlər edən "həkim" yenidən əməliyyatlara girir - VİDEO
23 Aprel 2026 11:02
Qaraçuxurdakı imtiyazlı aptek xəstələrin dərmanını vermir...
21 Aprel 2026 10:13
Peyvənd olunmamış uşaq daim risk altındadır - SN-dən valideynlərə MÜRACİƏT
21 Aprel 2026 10:13
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir
20 Aprel 2026 17:19
Alzheimer xəstəliyinə ümumi baxış: ilkin əlamətlər və müalicə imkanları
20 Aprel 2026 15:00
Daha bir saxta həkim qalmaqalı - Katibə cərrahlıq edir? - VİDEO
20 Aprel 2026 10:01
Bu meyvə xərçəngə qarşı gizli silah imiş...
18 Aprel 2026 17:43


Bakı -°C

