Qaraçuxurdakı imtiyazlı aptek xəstələrin dərmanını vermir...
Dövlətimiz ayrı-ayrı xəstələr üçün hər ay pulsuz dərmanlar verir. Yəni həmin dərmanların pulunu dövlət ödəyir və həmin pulla da dərmanlar alınır , imtiyazlı xəstələrə görə apteklərə verilir!
Buna görə, dövlətimiz çox sağolsun və xəstələr də bundan yetərincə razıdırlar.Amma təəssüflə qeyd etməliyik ki, bəzi apteklər imtiyazlı xəstələrə bu dərmanları bir çox hallarda ya vermir , verəndə də birini verir.Biz bir neçə gün əvvəl həkimin reseptdə yazdığı dərmanları almaq üçün
Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki imtiyazlı aptek gedik . Aptekdə işləyən xanım dedi ki, indi dərmanlar gəlməyib, aprelin 22-si, 23-ü olacaq , o da gəlib dərmanları alarsınız. Biz də deyilən vaxt, yəni aprelin 23- də saat səhər 9- da həmin aptekdə olduq və resepti xanıma verdik. O, üç dərmandan biri olduğunu dedi.
Dedi ki, yalnız " Depakin" var, ancaq biriləri " Siklodol", " Escita" paylanıb qurtarıb. Xanıma dedik ki, siz dediyiniz vaxt gelmişik , gecikməmişik bəs necə olur ki, dərmanlar qurtarsın? Axı bu dərmanlar imtiyazlı xəstələr üçündür.Yəni o qadın iki ayağını bir başmaga dirəyib bildirdi ki, həftənin birinci, ikinci, üçüncü günləri dərmanlar satıldı! Xanımın belə soyuqqanlı və məsuliyyətsiz hərəkəti bizi hövsələdən çıxardı.
Dedik ki, sizin qanunsuz əməllərinizlə bağlı Səhiyyə Nazirliyini, TƏBİB- ə şikayət edəcəyik. Xanımın heç tükü də tərpənmədi və bildirdi ki, gedin, əlinizi hara qəlbidir , ora qoyun! Görünür, bu aptekin müdirinin və əməkdaşlarının arxası çox möhkəmdir,ona görə də qanunları saya salmırlar! Ancaq heç kimə sirr deyil ki, xəstələr verilən pulsuz dərmanlar onlar yox, başqa apteklərə verilir.Və bir çox baş həkimlərin də aptekləri var. İmtiyazlı xəstələrin dərmanlarını vaxtında verməmək həm sağalmaz xəstəliyə düçar olmuş insanların incidilməsi, həm də qanun pozuntusudur.
Və ən azından onların haqqına girməkdir! İnanırıq ki, Səhiyyə Nazirliyi Qaraçuxurdakı imtiyazlı aptekdə baş verən özbaşınalığın qarşısın alacaq , xəstələrın dərman almaq hüququnun pozulmasına imkan verməyəcək!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
21 Aprel 2026 10:13
Peyvənd olunmamış uşaq daim risk altındadır - SN-dən valideynlərə MÜRACİƏT
21 Aprel 2026 10:13
Kollektiv immuniteti qorumaq üçün İmmunizasiya həftəsinə qoşulmaq vacibdir
20 Aprel 2026 17:19
Alzheimer xəstəliyinə ümumi baxış: ilkin əlamətlər və müalicə imkanları
20 Aprel 2026 15:00


Bakı -°C

