“Azərbaycanla Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi...”
“Volodimir Zelenski Ukrayna Prezidenti seçiləndən bəri Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfərlər edib. Bu onun Azərbaycanla strateji tərəfdaşlığa verdiyi əhəmiyyətindən irəli gəlir. Volodimir Zelenskinin Qəbələdə səsləndirdiyi “Rusiya ilə növbəti danışıqları Azərbaycanda aparmağa hazırıq” təklifi bu siyasətin tərkib hissəsidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə əməkdaşlığı dərinləşdirmək siyasətinə sadiqdir. Bunu Prezidentlərin 4 il ərzində 7 dəfə görüşü sübut edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Zelenski Azərbaycanın Ukraynaya verdiyi humanitar yardımı, enerji əməkdaşlığını, o cümlədən müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda reabilitasiya olunmasını yüksək qiymətləndirir:
“Volodimir Zelenski buna görə azərbaycanlı həmkarına hər dəfə minnətdarlığını bildirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də hər zaman diqqət mərkəzindədir. Zelenskinin Azərbaycana budəfəki səfərinin əsas mahiyyətini hərbi-texniki əməkdaşlığın genişləndirilməsi təşkil edirdi. Azərbaycanla Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi hər iki dövlət üçün faydalıdır. Hər iki ölkə son illərdə hərbi-sənaye komplekslərini inkişaf etdiriblər”.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda dronları olmayan Ukrayna üstündən 4 il keçdikdən sonra pilotsuz uçuş aparatlarının istehsalına görə dünya liderləri arasında yer alıb:
“ABŞ və İsrail İrana qarşı müharibəyə başladıqda Körfəz ölkələri İran dronlarının hədəfinə çevrildi. ABŞ-nin bahalı “Patriot” raketləri İran dronlarını havada neytrallaşdırmağa çalışsa da, bəzilərini hədəfdən yayındıra bilmədi. Ukrayna isə Rusiya ilə müharibədə dronlarla yanaşı dron-tutucularının istehsalını da genişləndirib. Ukrayna dronlar və dron-tutucuları vasitəsilə Rusiya ilə min kilometrlərlə uzanan cəbhə boyu inteqrasiya olunmuş müdafiə modeli formalaşdırıb. Rusiyanın işğalı genişləndirə bilməməsinin səbəblərindən biri budur. Bu model və istehsalı ucuz başa gələn dron-tutucuları İran hücumlarına məruz qalan Körfəz ölkələrinin diqqətini cəlb etdiyindən Ukrayna Prezident Volodimir Zelenkisini ölkələrinə dəvət etdilər. Ukrayna Prezidenti Körfəz ölkələrinin tamamını ziyarət etdi”.
E.Şahinoğlu deyib ki, Ukrayna dost və tərəfdaş dövlətlərə pilotsuz uçuş aparatlarının birgə istehsalını təklif edib:
“Ukraynanın birgə istehsalı təşkil etmək üçün bu sahəyə investisiyalara ehtiyacı var. Varlı Körfəz ölkələri bu sahəyə investisiyanı təmin edəcək, bunun qarşılığında isə Ukrayna ilə birgə istehsalın məhsullarından faydalanacaqlar. Azərbaycan da bu formatda Ukrayna ilə əməkdaşlığı genişləndirməyə hazırdır. Ukrayna kimi Azərbaycan da dron istehsalında uğurlar qazanıb, Türkiyə ilə birgə istehsal mövcuddur, eyni zamanda bu fəaliyyətin Ukrayna ilə davamı da mümkündür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Aprel 2026 18:06
QHT nümayəndələri Nyu-York merinə Açıq Məktub yazdılar
25 Aprel 2026 16:01
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalandı
25 Aprel 2026 15:53
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
25 Aprel 2026 14:52
"Nyu-York merinin saxta bəyanatları dərhal silinməlidir" - Azərbaycan XİN-dən sərt reaksiya
25 Aprel 2026 14:24
"Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik" - Ukrayna Prezidenti
25 Aprel 2026 14:12
Zelenski İlham Əliyevə təşəkkür etdi
25 Aprel 2026 13:55
İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir
25 Aprel 2026 13:49


Bakı -°C

