"Oruc tutan şəxs mübahisə etməkdən çəkinməlidir" - Deputat
"Oruc tutan şəxs insanlarla mübahisə etməkdən və dalaşmaqdan çəkinməlidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
"Bu anlamda özündə Ramazanla bağlı bir çox mühüm məsələləri ehtiva edən Məhəmməd Peyğəmbərin (s) bu hədisini diqqətlə oxumağı və əməl etməyi hər kəsə tövsiyə edirəm. Oruc bir qalxandır. Qoy (oruc tutan adam) günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, iki dəfə: "Mən oruc tutmuşam" - desin.
Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) "O mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir. Odur ki, çalışaq hər zaman insanlarla mübahisə etməkdən və dalaşmaqdan uzaq olaq", - deyə deputat bildirib.
Digər Xəbərlər
28 Fevral 2026 11:03
Paytaxt Bakıdan köçürülsün, hündür binaların tikintisi qadağan olunsun - TƏKLİF
28 Fevral 2026 10:50
Sürücülərin NƏZƏRİNƏ!
28 Fevral 2026 00:10
Leyla Əliyeva Qubada iftar məclisindən görüntülər paylaşıb - VİDEO
27 Fevral 2026 19:37


Bakı -°C

