Ötən həftə zərərsizləşdirilən minaların sayı AÇIQLANDI - VİDEO

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.
Adalet.az xəbər verir ki, bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib. Qısa müddət ərzində 300 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.
Digər Xəbərlər

Prezident onları ayaq üstə alqışladı - VİDEO

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi GÖRÜNTÜLƏRİ

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı

"Kəngərlidə daha çox ev tikiləcək" - İlham Əliyev

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında - FOTOLAR + YENİLƏNİB
