Ötən il 176 mln. manatdan çox ƏDV geri qaytarılıb
2024-cü il ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 176 milyon 360,4 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Adalet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. 2024-cü il ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 26 milyon 417,7 min manatdan çox olub.
Digər Xəbərlər
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01
“İndi şəffaf, aydın, müqayisə oluna bilən, rahat hesablanan bir sxem qururlar”
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05


Bakı -°C

