“Oyuncaqlar uşaqların xarakterini formalaşdırır” - İlahə Dadaşova
“Oyuncaq uşaqların ən sevimli əyləncəsidir. Onlar saatlarla oyuncaqlarla vaxt keçirir, təmasda olur, sanki oyuncaqların “xarakterinə” uyğun olaraq öz kiçik dünyalarını qururlar”.
Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq İlahə Dadaşova açıqlayıb.
Onun sözlərinə görə, bütün bunları kənardan müşahidə edən böyüklər isə onların bu əyləncələrini, etdikləri hərəkətləri, oyuncaqlarına qarşı münasibətlərini sadəcə təbəssümlə qarsalayırlar.
Psixoloq əminliklə qeyd edir ki, oyuncaqlar uşaqların xarakterini formalaşdırır:
“Bu həm yaxşı, həm pis mənada ola bilər. Zaman-zaman bunu uşaqlarda müşahidə edirik. Hətta ailədə qız uşaqları böyük, oğlan uşağı kiçik olanda belə qızların gəlinciklərlə oynaması, bəzən oğlan uşağının da onlarla birgə bu oyuncaqlarla əylənməsi onun sakit, yumşaq təbiətli olması ilə nəticələnir. Oğlanın oyuncaq maşında qızların gəlinciyini gəzdirmək, onu bağçaya, məktəbə aparıb-gətirmək üçün istifadə edildikcə, qız və oğlan övladları arasında birgə oynamaq, öz oyncaqlarını paylaşmaq, qayğı kimi hisslər formalaşır”.
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

