Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
Özbəkistan müdafiə naziri Şuxrat Xalmuxamedov və Türkiyə müdafiə naziri Yaşar Gülər Ankarada 2026-cı il üçün hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Tərəflər məhdud formatda görüşərək regional təhlükəsizlik, müdafiə sənayesinin inkişafı və iki ölkənin Silahlı Qüvvələri arasında fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər.
2026-cı il üçün əməkdaşlıq müqaviləsinə hərbi hissələr arasında birgə təlimlərin təşkili, təcrübə mübadiləsi, eləcə də hərbi tibbin inkişaf etdirilməsi planları daxildir.
Xatırladaq ki, Özbəkistan hakimiyyəti ölkənin Müdafiə Doktrinasında dəyişikliklər etmək niyyətindədir. Hökumət həmçinin Milli Təhlükəsizlik Konsepsiyasını da yenidən nəzərdən keçirməyi planlaşdırır.
Digər Xəbərlər
04 Mart 2026 15:45
Türkiyə İrandan atılan ballistik raketi zərərsizləşdirdi
04 Mart 2026 15:17
Bill Qeyts “Ceffri Epşteyn işi” üzrə ifadə verəcək
04 Mart 2026 14:53
Suriya Livanla sərhəd-keçid məntəqəsini bağlayıb
04 Mart 2026 14:24
İranın hərbi gəmisi vuruldu - 101 nəfər itkin düşüb
04 Mart 2026 12:01
İsraildə son sutkada daha 219 nəfər xəsarət alıb
04 Mart 2026 11:46
İsrail və ABŞ İrana hücum zamanı yeni nəsil raketlərdən istifadə ediblər
04 Mart 2026 11:41
“ABŞ İranda İraqdakı kürd terrorçularından istifadə etməyə çalışır”
04 Mart 2026 11:29


Bakı -°C

