adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2021 23:00
17477
DÜNYA

Pakistan “Şahin” raketini sınaqdan keçirdi

Pakistan Şahin-3 ballistik raketini sınaqdan keçirib.

Adalet.az xəbər verir ki, bu məlumatı Pakistan Müdafiə Nazirliyi yayıb.

Sınaq uğurla başa çatıb.

Qeyd edək ki, Şahin-3 orta mənzilli raketdir. Raket nüvə başlığı daşımaq qabiliyyətindədir.

Raketin ilk sınağı 2015-cı ildə baş tutub.