Pakistanda İmran Xan böhranı - Fövqəladə vəziyyət elan olundu
Pakistan Prezidenti Asif Əli Zərdari federal kabinetin qərarı ilə ölkədə fövqəladə vəziyyət elan edərək həbsdə olan keçmiş Baş nazir İmran Xanın partiyasının idarə etdiyi əyalət hökumətinin fəaliyyətini dayandırıb.
Adalet.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Pakistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, qərar Baş nazir Şahbaz Şərif hökuməti ilə İmran Xanın ölkənin şimal-qərbindəki Xeybər Paxtunxva əyalətini idarə edən “Pakistan Ədalət Hərəkatı” (PTI) partiyası arasında gərginliyin pik həddə çatması fonunda verilib. İmran Xanın tərəfdarları günlərdir liderlərinin azad edilməsi tələbi ilə kütləvi aksiyalar keçirir və paytaxt İslamabada yürüş edəcəkləri ilə hədələyirdilər.
Şahbaz Şərifin ofisindən verilən bəyanatda bildirilib ki, əyalət hökuməti radikal silahlılara qarşı mübarizədə acizlik nümayiş etdirib. Ölkə konstitusiyası fövqəladə vəziyyət zamanı mərkəzi hökumətə əyalət idarəçiliyini ələ almaq hüququ versə də, idarəçiliyin dəqiq necə həyata keçiriləcəyi açıqlanmayıb.
İmran Xanın yaxın köməkçisi və PTI sözçüsü Zülfiqar Buxari bu addımı “gülünc və qanunsuz qərar” adlandırıb. O vurğulayıb ki, bu qərar ölkədə daha böyük qan tökülməsinə, sabitliyin pozulmasına və xaosa səbəb olacaq.
Digər Xəbərlər
11 Oktyabr 2026 15:53
İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü - VİDEO
11 Oktyabr 2026 09:07
Tramp və Netanyahu İranla bağlı müzakirə apardı
10 Oktyabr 2026 14:18
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
10 Oktyabr 2026 13:54
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
10 Oktyabr 2026 13:46
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
10 Oktyabr 2026 12:48
Ərzincan: Türkiyənin təbiət gözəllikləri və macəralarla dolu gizli incisi – FOTOLAR
10 Oktyabr 2026 12:41
Trampdan İrana sərt xəbərdarlıq: “Ya təslim olacaqlar, ya da...”
10 Oktyabr 2026 12:31


Bakı -°C

