Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.
Dövlətimizin başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
12 Noyabr 2026 18:44
İlham Əliyevlə Paşinyanın Dublində görüşü gözlənilir
12 Noyabr 2026 18:36
Prezident Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB + FOTOLAR
12 Noyabr 2026 16:21
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü - FOTO
12 Noyabr 2026 16:08
“Konstitusiyada dövlətin strateji fəaliyyət istiqamətləri tam əksini tapıb”
12 Noyabr 2026 15:20
İrlandiyanın Baş naziri İlham Əliyevi qarşıladı - VİDEO
12 Noyabr 2026 15:10
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR+VİDEO
12 Noyabr 2026 14:31
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 14:10


Bakı -°C

