“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı
“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.
Adalet.az xəbər verir ki, onların arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Olimpiadanın gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.
Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Digər Xəbərlər
01 Oktyabr 2026 19:05
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01 Oktyabr 2026 12:10
Ronaldo Portuqaliya millisini tərk etdi
01 Oktyabr 2026 11:10
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
01 Oktyabr 2026 09:10
Millətlər Liqası: Azərbaycan yığması Bakıda Lixtenşteynlə qarşılaşacaq
30 Sentyabr 2026 18:51
Azərbaycanı yaxşı təhlil etmişik - Lixtenşteyn millisinin futbolçusu
30 Sentyabr 2026 17:25
"Turan Tovuz" - "İmişli" matçının keçirilmə yeri dəyişdirildi
30 Sentyabr 2026 12:14
Bolqarıstanda klub prezidenti güllələnərək öldürüldü
30 Sentyabr 2026 09:48


Bakı -°C

