Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır
Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar.
Adalet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə "hökumət saatı" zamanı deyib.
O bildirib ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib: “Regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”.
N.Paşinyan, həmçinin bildirib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.
Digər Xəbərlər
14 Noyabr 2024 00:58
Rusiyaya gedən əcnəbilərin sərhəddə biometrik məlumatları toplanacaq
13 Noyabr 2024 23:50Bəzi ölkələr Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıblar
13 Noyabr 2024 23:05Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
13 Noyabr 2024 22:37Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
13 Noyabr 2024 21:53