adalet.az header logo
  • Bakı 19°C
19 May 2022 12:13
645
SİYASƏT

Paşinyan: “KTMT qoşunları İrəvana yeridilsin” – “Qazaxıstan variantı”, Putin ...

Xatırlayırsınızsa, bu ilin əvvəlində Qazaxıstanda qiymət artımına qarşı etiraz mitinqləri başladı. Mitinqlər getdikcə təyinatını dəyişərək siyasiləşdi və iğtişaşlara çevrildi. Həmin vaxt Qazaxıstan Prezidenti Kasım Jomərt Tokayev KTMT üzv ölkə liderlərinə müraciət etdi vəiğtişaşları yatırmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarını ölkəyə çağırdı. 3770 nəfər canlı qüvvə və 250 texnika ilə Qazaxıstana yeridilən “sülhməramlı” qoşun iğtişaşları amansızcasına yatırdı və 208 (?) qazaxlı öldürüldü.

Hazırda aprelin 25-dən etiraz mitinqləri Ermənistanın paytaxtını və bir sıra bölgələrini də cənginə alıb. Görünən odur ki, hökümət bu ümummilli mitinqləri yatırmaqda çətinlik çəkir.

Adalet.az Qazeta.ru-ya istinadən xəbər verir ki, Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarını Ermənistana göndərməyi xahiş edib. Hazırda KTMT-yə sədrlik

edən Ermənistan KTMT-yə rəsmi sorğu göndərib. Mediaya sızan məlumatlara görə Rusiya Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunu rəsmi olaraq gündəmdən çıxaracağı vəd edilib”.

Ermənistan baş nazirinin belə cavab alacağı bəlli idi. Birincisi, hazırda Rusiya müharibə aparır və məğlub olmamaq üçün müxtəlif ölkələrdən muzdlu əsgərlər alır. Yəni faktiki olaraq Ukrayna qarşısında uduzan Rusiyanın özünə kömək , dəstək, qoşun lazımdır. İkinci bir səbəb isə qisasçılıq hissidir. Daha dəqiq Putin deyəsən Paşinyanı bağışlamayıb. Xatırladaq:

Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Tiqran Xaçatryan vəzifəsindən azad olundu. Bunun səbəbi Xaçatryanın “İsgəndər” raketi ilə bağlı açıqlaması oldu. Belə ki, media Paşinyanın müharibə vaxtı “İsgəndər” sistemindən atılan raketlərin 90 faizinin partlamadığı haqda açıqlamasını Xaçatryandan şərh etməsini istədi. Xaçatryan isə Paşinyanın sözlərini qeyri-ciddi adlandırdı. Ümumiyyətlə Paşinyan 44 günlük müharibədə Rusiya silahlarının yararsız olduğunu dəfələrlə vurğulamışdı. Bu da nəinki tək Rusiyanın eləcə də Putinin nüfuzuna xələl gətirdi. Uzun müddər dünya mediası Rusiya silahlarının yarıtmazlığını təhlil etdi.

3-cü variant isə Paşinyanın gah qərbyönümlü, gah Rusiyayönümlü siyasət yeritməsi artıq Putini əsəbləşdirməyə başlamışdı . Sonuncu Brüssel görüşü də dediyimizə misaldı.

 

Əntiqə Rəşid