Paşinyan və xanımı "müqəddəs ana"larını ziyarət etdilər: "İlahə" Anahid
Xəbər verdiyimiz kimi bütün Ermənistanı sevincə qərq edən ermənilərin sevimli anası olan Anahitin heykəli artıq İrəvandadır. "Dünyanın qədim peşəsi”ndə bir "ilk”ə imza atmış ermənilərin anası ilahə Anahitin baş heykəli və sol əli Böyük Britaniyadan Ermənistana gətirilib. Sentyabrın 21-dən etibarən “Anahitdən Məryəmə” adlı sərgi çərçivəsində Ermənistanın Tarix Muzeyində nümayiş etdirilir.
Adalet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan da analarını ziyarətə gediblər. Ziyarətdən olan fotonu isə Akopyan öz sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Anahit və ya Anais erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur.E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə hayların əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.
Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki,
"Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Tridat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi. Bu ölkənin qanunlarına görə adlı-sanlı ailələrin qızları yalnız ilahənin məbədində uzun müddət ərzində fahişəliklə məşğul olduqdan sonra ərə gedə bilərdilər. Bundan sonra onların ərə getməsində heç bir problem olmurdu”
Rus tədqiqatçısı V.L.Veliçko dediklərini qulağımda sırğa elədim: "Erməni qadınları öz xoşları, bəzən də zor gücünə digər xalqların - İran əsgərlərinin, türklərin, gürcülərin və dağlıların məşuqələri olmuşlar. Erməni qızları və qadınlarının bu məşuqları öz bəkarətini çoxdan itirmiş həmin məşuqələrinə ləyaqətsiz vücudlar kimi baxmışlar. Elə bu səbəbdən də ermənilərin damarlarında həddən artıq müxtəlif millətlərin qanları axır".
Alman filosofu Fridrix Engels bir erməni ”ilk”indən bizi belə xəbərdar edir: "Korinfdə və hətta Hindistan məbədlərində qulluq edən ilk rəqqasələr və fahişələr erməni kənizləri olmuşlar". "Anaların milliyyəti olmur” deyənlərə cavab olaraq söyləyim ki, fahişəliyin banisi , ermənilərin sevimli anası olan Anahit "dünyanın qədim peşəsi”ndə bir "ilk”dir.
Dara-bara salıb, "yox, belə deyil” deyənlərə də bildirim ki, ermənilərin fahişəlik ilahəsi barədə fransız tarixçisi Pyer Düfur XIX əsrin ortalarında dərc olunan "Fahişəliyin tarixi” kitabında yazır: "Onun (ilahənin) şərəfinə ətrafında sevgi ayinlərinin icra olunduğu böyük məbəd tikilmişdi. Erməni qızları bu məbəddə yalnız xaricilərlə cinsi əlaqədə olmağa razılıq verirdi. Qazanılmış pulları qadınlar səcdəgahda ilahəyə nəzir qoyurdular”.
Əntiqə Rəşid