Paşinyan eks prezidentləri "iki yarıölü sima" adlandırdı
"2018-ci ildə məni heç kim hakimiyyətə gətirmədi".
Adalet.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazir Nikol Paşinyan öz sosial şəbəkə hesabında onu "xəyanətkar" adlandıran sabiq prezidentlər: Serj Sərkisyan və Robert Köçəryanla bağlı paylaşım edib.
Mənə deyin, sizi vaxtı ilə hakimiyyəti kim gətirib, ay Ermənistan xalqının səsini heç vaxt almayan seçici saxtakarları
Məni zorakılıq etmədən, məxməri inqilabla, xalqı hakimiyyətə gətirdi. Mən sadəcə xalq hakimiyyətinin nümayəndəsiyəm və xalq nə vaxt istəsə məni başqası ilə əvəz edəcək”.
Sizi seçki fırıldaqçıları, sizi hakimiyyətə kim gətirdi? Axı erməni xalqı heç vaxt səsini sizə verməyib! Siz məndən nəyin hesabını sorursunuz?
Qəribədir, iki yarıölü sima məni hakimiyyətə kimin gətirdiyi barədə ətrafı ilə mübahisə edir, bir-birindən həqiqəti deməyi tələb edir. Saxtakarlar" deyə Paşinyan fikirlərini paylaşıb.
Qeyd edək ki, erməni mediası Serj Sərkisyan və Robert Köçəryanın hazırda erməniləri Paşinyanı devirməyə çağırdığını və hökumət dəyişikliyinə hazırladığını yazır.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

