Paytaxt nəqliyyatından şikayət var - Dözülməz vəziyyət yaranıb
Son zamanlar tıxaclarla bağlı yaşanan problemlər bitmək bilmir. Lakin problem yalnız tıxac deyil, həm də nəqliyyat vasitələrinin yararsız olmasıdır. Paytaxt nəqliyyatından sərnişinlər şikayət edirlər.
Onlar Zabrat 1 qəsəbəsi istiqamətində hərəkət edən 118 a, b marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
“Zabrat 1 qəsəbəsinə işləyən 118 a, b avtobuslarının texniki və sanitar vəziyyəti dözülməzdir. Eyni zamanda bu marşrutlarda hələ də sürücü gediş haqqını şəxsən toplayır. Bu halda isə onun diqqəti yoldan yayınır”.
Bunu Adalet.az-a açıqlamasında həmin qəsəbədə yerləşən 192 saylı tam orta məktəbin müəllimi Kamal Hacıyev deyib.
Onun sözlərinə görə, bütün nəqliyyat sistemində tətbiq edilən kartlar və ya “Birbank”la ödəniş sistemi hələ də bu marşrutlarda yoxdur:“Bəzən avtobuslar bir dayanacaqda 10-15 dəqiqə saxlayaraq müştəri gözləyir. Məktəbə, işə tələsən müəllim və şagirdlər vaxtında mənzil başına çata bilmirlər. Bəzi sürücülər salonda siqaret çəkir, çay-qəhvə içə -içə sükanı idarə edirlər. Həqiqətən çox dözülməz vəziyyət yaranıb. Xahişimiz və tələbimiz odur ki, bu istiqamət üzrə nəzarət olunsun və xəttə kartla işləyən yeni “Bakubus” avtobusları buraxılsın. Fikrimcə, kart sisteminin tədbiqi bu nüansların aradan qaldırılmasında kömək ola bilər”-deyə, o, bildirib.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
10 Noyabr 2026 09:48
Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO
10 Noyabr 2026 00:50
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
09 Noyabr 2026 20:07
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
06 Noyabr 2026 09:05


Bakı -°C

