Pəncərə şüşəsini daşla vurub sındırır, sonra ordumuzu günahlandırırlar: Erməni məntiqi
Bilirsiniz ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib və bütün dünyanın diqqəti oradadır.
Belə mühüm bir məqamda Ermənistan dünyanın diqqətini özünün "məzlum" görünüşünə yönəltmək məqsədi güdür.
Adalet.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi növbəti yalanı uydurmaqdan çəkinməyib. Beləki, media kiçik daş vasitəsilə çatlamış bir pəncərə fotosu paylaşaraq onun Azərbaycan ordusunun açdığı atəş nəticəsində o günə düşdüyünü iddia edirlər. Media həyasızcasına bildirir ki, atəş nəticəsində Xoznəvarda yaşayış evi yararsız hala düşüb:"Mayın 29-da saat 01:00-dan 01:15-dək Zəngəzurun Xoznavar qəsəbəsi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub, nəticədə yaşayış evinə ziyan dəyib", - məlumatda deyilir.
Xəsarət alanların olmadığı qeyd edilir.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini Xoznəvar yaşayış binasının atəşə tutulması faktını araşdırmağa və ictimaiyyətə izahat verməyə çağırır.
Ermənilərin bu uydurması o qədər əsassızdır, sanki, dünya ictimaiyyəti çörəyi qulağına yeyir... Azərbaycanın 2 mühüm qonağı Qarabağda ikən , Azərbaycan niyə atəş açsın? Dünyanın diqqətində sülhpərvər imicimizə nədən zərbə vuraq ki?
Məntiqsizliyin bu həddi də ermənilərə məxsusdur. Əgər atəş açılıbsa, niyə ancaq pəncərə şüşəsi çatlayıb? Atəş açmaq labüd idisə bunu daha geniş şəkildə həyata keçirmək olardı. Yoxsa, bir pəncərənin şüşəsi zədələnəcək qədər zəif bir atış nə Azərbaycan ordusuna yaraşar, nə də ermənilər haqq edər.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C



