Pensiyaçılara şad xəbər - Gələn il bu qədər artım olacaq
"2024-cü ildə respublika üzrə orta aylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, bu ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekununda nominal orta aylıq əməkhaqqının 9.2 faiz artacağı gözlənilir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:
"9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
Ehtiyac meyarının 300 manata çatıdırlması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir".
Digər Xəbərlər
23 Noyabr 2026 18:42
Qızıl bahalaşdı
23 Noyabr 2026 18:02
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
22 Noyabr 2026 00:32
Dünyanın iqtisadi nəhəngləri: Hansı ölkələr liderdir?
20 Noyabr 2026 12:44
“Əslində isə imkanlar kifayət qədər genişdir...”
20 Noyabr 2026 10:35
“Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir”
19 Noyabr 2026 10:24
“Bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir”
18 Noyabr 2026 11:51
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq
18 Noyabr 2026 11:49


Bakı -°C

