Pensiyalar ilə yeni qaydalar təsdiq olundu: pensiya məbləğlərinə necə təsir göstərəcək?
Məlum olduğu kimi, Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib.
Yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.
Adalet.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, yeni qaydalar pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Onun sözlərinə görə, yensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərin sadələşdirilməsinə imkan verəcək.
Məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu xüsusən də məlumatlara əlçatanlıq baxımdan da vacibdir.
"Yeni qaydala pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminindaha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər", - deyə Vüqar Bayramov əlavə edib.
Nicat
Digər Xəbərlər
10 Iyul 2026 11:37
Hesablama Palatasına yeni səlahiyyətlər verildi
10 Iyul 2026 11:35
Bu məhsullar gömrük rüsumundan azad edilir
10 Iyul 2026 10:22
“Azeri Light” ucuzlaşdı
10 Iyul 2026 10:19
Azərbaycan Ermənistana 434 min avro ödəyib
09 Iyul 2026 10:27
“Bu, həcmi 100 milyard dolları ötmüş maliyyələşmə modelidir...”
09 Iyul 2026 10:03
AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!
08 Iyul 2026 10:53
Azərbaycanda avro ucuzlaşdı
08 Iyul 2026 09:47


Bakı -°C

