Pərviz Şahbazov: "Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni bazarlara çıxışı təmin edir"
İndiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox təbii qaz tədarük olunub.
Adalet.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bu həcmin 35 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql olunub:
"Bu müddətdə TANAP-la Avropaya 50 milyard kubmetrdən çox təbii qaz çatdırılıb. Təkcə bu ilin ilk 8 ayında Türkiyəyə 6,6 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz ixrac edilib".
P.Şahbazov əlavə edib ki, hazırda Azərbaycanın qaz tədarük coğrafiyası 14 ölkəni əhatə edir və Avropa ilə yanaşı, Yaxın Şərqə də genişlənir:
"Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və siyasi həmrəyliyinin nəticəsi olaraq, Azərbaycan qazı Suriyanın enerji təhlükəsizliyinə də töhfə verir. Türkiyənin Kilis kəməri vasitəsilə ildə 1,2 milyard kubmetr qaz tədarükü planı çərçivəsində qısa müddətdə Suriyaya 60 milyon kubmetr qaz nəql olunub. Bu fakt bir daha göstərir ki, Azərbaycan və Türkiyə birgə səyləri ilə regionda enerji həmrəyliyini gücləndirir, şaxələndirilmiş marşrutlar vasitəsilə yeni bazarlara çıxışı uğurla təmin edirlər".
Digər Xəbərlər
22 Yanvar 2026 17:23
"Bəzi qanunlar insanlar üçün müəyyən çətinliklər yaradır" - Deputat
22 Yanvar 2026 13:43
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
22 Yanvar 2026 13:36
Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur
22 Yanvar 2026 13:03
Azərbaycanda ilk dəfə bu şəxslərlə saathesabı müqavilə bağlanacaq
22 Yanvar 2026 11:10
Cib bıçaqlarının satışı qadağan olunsun - TƏKLİF
22 Yanvar 2026 11:04
Buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib - VİDEO
22 Yanvar 2026 09:21
Leyla Əliyeva Davos səfərindən paylaşım etdi
21 Yanvar 2026 18:23


Bakı -°C

