adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Oktyabr 2020 23:30
18735
DÜNYA

Peskov üçüncü ölkələrin Qarabağdakı nizamlanmada iştirakından danışdı

Üçüncü ölkələrin Dağlıq Qarabağdakı mövcud həll formatında iştirakı tamamilə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır.

Azvision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Münaqişənin iki tərəfi var - Azərbaycan və Ermənistan. Münaqişənin nizamlanmasında iştirak etmək, bir növ vasitəçi olmaq və ya formatlarda iştirak etmək ancaq iki tərəfin razılığı ilə mümkündür",- deyə Peskov Türkiyənin Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına cəlb olunmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.