Pezeşkian: "Qadınları hicaba məcbur etmək doğru deyil" - VİDEO

"Hicab məsələsini zorla həll etmək mümkün deyil".
Adalet.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib.
Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, ancaq qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həllini tapmalıdır.
Prezident əlavə edib ki, məscidlər mədəniyyət formalaşdırmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə tənzimlənməlidir.
Digər Xəbərlər

Roma Papası Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb

Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirəcək - BƏYANAT

NATO-dan Azərbaycan və Ermənistan arasındakı sülhlə bağlı açıqlama
