01 Iyul 2025 11:18
125
SİYASƏT

Pezeşkian Xankəndiyə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

Adalet.az  "Report"a istinadən xəbər verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.