10 Fevral 2024 13:28
878
İDMAN

PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi - AÇIQLAMA

"Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb".

Adalet.az xəbər verir ki bu barədə PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var:

"Dünəndən etibarən "Bona Dea Hospital"da müalicə və bərpasının üçüncü hissəsinə başlanılıb. Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır"./oxu.az