Piçənisli kürdlərinin erməni tayfası ilə baş verən hadisəsi
Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı 195-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:
Piçənisli kürdlərinin erməni tayfası ilə baş verən hadisəsi
Piçənis müsəlman kəndindən və başqa kürd müsəlman kəndlərindən 300 nəfərə qədər igirlər və qeyrətli cavanlar toplaşaraq Paşa bəy Murad bəy oğlunun sərkərdəliyi ilə atlanıb Minkəndin üzərinə yeridilər. 160 evdən ibarət olan bu kəndin yarısı müsəlman idi. Paşa bəyin dəstəsi ermənilərin bir qismini öldürdülər və yaraladılar., bir qismi isə qaçıb dağıldılar.
Pinəçisli müsəlmanlar bu kənddən qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 evdən ibarət olan Xornavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də böyük zərbə vurub qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar.
Həmin kürd atlıları qəflətən Zivə kəndinə daxil olaraq ətrafda yerləşən beş erməni evini dağıdıb, mal-qarasını özləri ilə apardılar.
Bir-iki gün keçdikdən sonra həmin dəstə üç yüz erməni evi olan Əliqulu kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya qədər dağıtdıqdan sonra əldə etdikləri qənimətlərlə geri döndülər. Paşa bəyin dəstəsi bir gecə dincəldikdən sonra sabahısı gün Qaladərəsi kəndinə tərəf üz qoydular. Qaladərəsində yaşayan ermənilərin qabaqcadan yaxşı silahlanmış və hər tərəfdə səngərlər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, hazır vəziyyətdə qarşıladılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir hissəsi kəndin kənarında yerləşən 23 evi ələ keçirərək orda 450 qoyun, 60 qarmal və dörd quyu buğda əldə etdilər. Buğdanı atlara yükləyərək mal-qoyunla birlikdə yola düşdülər. Onlar Qaladərəsi kəndindən uzaqlaşanadək Paşa bəyin dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər. Bu atışmada bir nəfər müsəlman həlak oldu. Onlar həlak olan yoldaşlarının cənazəsini görüb geri qayıtdılar”.
Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı.
Vasif Əlihüseyn
Ardı var...