adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2016 14:16
76004
MƏMLƏKƏT

PİYADANI VURUB QAÇANLAR…

Baş verən yol-nəqliyyathadisələri sırasında piyadaların vurulması halları da axır vaxtlar bir qədər artıb. Burda hadisəni törədən iki amilvar: biri sürücünün diqqətsizliyi, digəri isə piyadanın məsuliyyətsizliyi. Və bəzəndə görürsən ki, piyada təyin olunmuş xüsusi zolaqlı yoldan keçəndə belə hər hansıməsuliyyətsiz sürücü ona yol vermir və bir çox halda bu da piyadanın vurulması ilənəticələnir.

Biz bunları xatırlatmaqlaheç də yol hərəkəti qaydasını pozan bütün piyadalara haqq qazandırmaq istəmirik.Ancaq gəlin onunla razılaşaq ki, yuxarıda qeyd etdiyimiz kimi, bəzi səriştəsiz vətəcrübəsiz sürücülər bu cür hadisələri törədirlər, bir çox halda ölümlə nəticələnənpiyada vurulması zamanı sürücü ona kömək etmək əvəzinə maşını sürür və aradan çıxır.

Hansı ki, bəlkə də piyadanınvurulması zamanı sürücü ona ilkin yardımgöstərmiş olsaydı, onun həyatını xilas etmək də mümkün idi. Təəssüf ki, bir çoxhallarda bəzi sürücülər nəinki vuruduqları piyadalara yardım edirlər, onları ağırvəziyyətdə yolun ortasında qoyub qaçırlar.

İndi qayıdaq piyadanın vurulması ilə bağlı məsuliyyətməsələsinə. Birinci halda sürücü əgər piyadanı maşınla vurursa və ona kömək göstəribxəstəxanaya aparırsa və zərərçəkmiş də xəstəxanada dünyasını dəyişirsə, burda sürücününtörətdiyi cinayəti yüngülləşdirən amillər mövcuddur. Üstəlik də rəhmətə gedən piyadanınqohum-əqrabası da görür ki, hadisə qəsdən baş verməyib və təsadüfən olub. Sürücüdə ona kömək göstərib, ancaq yenə xəstəni xilas etmək mümkün olmayıb.

Təbii ki, belə anlarda istəribtidai istintaqda, istərsə də məhkəmədə zərərçəkmiş tərəf müttəhimlə bağlı biro qədər də sərt davranmır. Onun ailəsini, durumunu nəzərə alaraq törətdiyi cinayətibağışlayır. Aydındır ki, zərərçəkmiş tərəf də şikayətçi olmayanda cinayəti törədənadama yüngül cəza təyin edilir.

Lakin piyadanı vurub qaçanvə ona kömək göstərməyən sürücülər barəsində Cinayət Məcəlləsində çox sərt cəzanəzərdə tutulub. Əgər birinci halda yol-nəqliyyat hadisəsi kimi baş verən ölüm hadisəsiqiymətləndirilirsə, ikinci halda isə bu daha ağırlaşdırıcı bir forma alır. Yənipiyadanı vurub hadisə yerindən qaçmaq ağır cinayət kimi qiymətləndirilir və bununda ağır cəzası qanunla tənzimlənib.

Bəzi sürücülər elə təsəvvüredirlər ki, onlar piyadanı vurub qaçarkən izlərinə düşmək mümkün olmayacaq və cinayətaçılmayacaq. Ancaq onlar bir şeyi aydınlaşdıra bilmirlər ki, indi avtomobil yollarınınəksər yerlərində kameralar quraşdırılıb və həmin kameralar 24 saat ərzində bütünhadisələri lentə alır və yaddaşa ötürür. Deməli, kimsə piyadanı vurub qaçarkən həminanlar bu və ya digər dərəcədə kameranın yaddaşına ötürülür. Gəlin onunla razılaşaqki, son vaxtlar piyadanı vurub qaçan və ağır cinayət törədən sürücülərin əksəriyyətibu kameraların lentə alınması nəticəsində asanlıqla aşkarlanır.


Təəssüflə qeyd etməliyikki, hələ də piyadanı vurub qaçan bəzi sürücülərin cinayətlərinin üstü açılmamışqalır. Və bu cür faktlar kifayət qədərdir. Ancaq bu o demək deyil ki, həmin cinayətlərin üstü nə vaxtsaaçılmayacaq və aradan çıxan sürücü də cinayət məsuliyyətinə cəlb edilməyəcəkdir.Heç ola bilər ki, bəzi cinayətin üstü açılmasın. Həmin cinayətkar hüquq-mühafizəorqanlarından gizlənə bilsə də, Allahın cəzasından heç vaxt canlarını xilas edəbilməyəcəklər.

Bakı Şəhər Dövlət Yol Polisiİdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov piyada vurulması ilə bağlımövzuya toxunarkən bildirdi ki, bu məsələ bizim ən ağrıyan yerimizdir. Çünki Bakıdada piyada vurulması halları son vaxtlar xeyli artıb. Hansı ki, yol polisi mütəmadiolaraq şəhərin müxtəlif küçə və prospektlərindəpiyadaların təhlükəsizliyi ilə bağlı reydlər keçirir. İndiyə kimi təyin olunmamışyerdən keçən 30 mindən çox piyada cərimə edilib. Ümumiyyətlə, bu reydlər ona xidmətedir ki, piyadaların təhlükəsizliyi birmənalı olaraq təmin olunsun. Yerüstü, yeraltıvə xüsusi təyin olunmuş yerlərdən bir çox halda əksər piyadalar istifadə etmir,nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerdən keçməyə çalışırlar. Mən birmənalıolaraq deyə bilərəm ki, sürücü məsuliyyətsizliyi eyni zamanda piyada məsuliyyətsizliyiilə tamamlanır. Loru dildə demiş olsaq, yol hərəkəti qaydasını pozan sürücü də çoxdur,piyada da.

Vaqif Əsədov bizimlə söhbətindəbir fikri xüsusilə vurğuladı ki, piyadaların vurulması zamanı bəzi sürücülər ya həyəcandan, ya da qorxduqlarındanona kömək etmək əvəzinə hadisə yerindən yayınırlar. Bu isə o deməkdir ki, sürücüağır cinayət törətməklə özünə haqq qazandırmaq istəyir. Mən bir daha sürücülərədemək istəiyrəm ki, piyadaların vurulması zamanı hadisə yerindən yayınmasınlar.Onlar bacardıqları köməyi zərərçəkmiş şəxsə göstərsinlər və bu da son nəticədə həminsürücülərin vəziyyətinin yüngülləşməsinə xidmət eləyər. İkincisi də hər bir insanınürəyi olmalıdır. Kimsə cinayət törədirsə,qanın içərisində həmin adamı qoyub qaçırsa, onu nə qanun bağışlayır, nə də Allah.Sözümün canı ondan ibarətdir ki, hər bir sürücü birinci sükan arxasında çox diqqətliolmalı və hadisə törətməməlidir. Əgər hadisə törənibsə və piyada vurulubsa, deməlibunun qanunla həlli yolları mövcuddur.

Göründüyü kimi, sürücülərinmaariflənməsinə, onlar arasında piyadaların vurulması ilə bağlı izahat işi aparılmasınaçox böyük ehtiyac var. Bizə elə gəlir ki, bütün kütləvi informasiya vasitələri,o cümlədən televiziyalar bu mövzunu gündəmdə saxlamalı, əhali arasında maarifləndirməvə təbliğat işlərini genişləndirməli, hər bir sürücüdə məsuliyyət hissini yüksəltməlidir.Çünki təbliğat ən yaxşı vasitədir. Təbii ki, bu cür təbliğatdan da bir çox sürücülərmaariflənər, öz səhv cəhətlərini anlayar və hadisə törədərkən piyadanı vuraraq qaçıbaradan çıxmaz.

Faiq QİSMƏTOĞLU