PKK-çı deputat Türkiyəyə görə Ann Lindanı məhkəməyə verdi: Təfərrüat…

Bir neçə gün əvvəl Türkiyə, İsveç və Finlandiya Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat imzaladı. imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aparılan danışıqlardan dərhal sonra baş tutub. Türkiyə tərəfdən sənədi xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.
Finlandiya Prezidenti Sauli Niinistönin ofisi Türkiyənin bu həftə Madriddə keçiriləcək sammitdə Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verəcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziriMaqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı Dördtərəfli Zirvədən əldə edilən nailiyyətlər:
• PKK və onun törəmələri ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.
• Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirmək.
• PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.
• Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qarşısının alınması, əməkdaşlığın artırılması.
• Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milliqanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.
• Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.
• Terrorçu cinayətkarların ekstradisiyası ilə bağlı konkret addımların atılması və ikitərəfli müqavilələrin bağlanması.
• PKK və onun qolu və cəbhə təşkilatlarının vəsait toplama və işə cəlb etmə fəaliyyətlərinin qadağan edilməsi və onların araşdırılması.
• Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.
• Finlandiya və İsveçin PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) daxil olmaqla Aİ təhlükəsizlik mexanizmlərində ən geniş iştirakının dəstəklənməsi.
• Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.
Adalet.az Posta.com-a istinadən xəbər verir ki, həmin bu üçtərəfli memorandumla əlaqədar İsveç xarici işlər naziri Ann Linda məhkəməyə verilib. Beləki, “İsveç bugün kürdlərə xəyanət etdi” deyən İsveç parlamentinin YPG/PKK terror təşkilatı tərəfdarı olan deputatı Əminə Kaxabave ölkənin baş diplomatına qarşı cinayət işinin açılması üçün Konstitusiya Komissiyasına müraciət edib. PKK-çı deputatmüraciətində xarici işlər naziri xanım Lindanın öz səlahiyyətlərini pozub-pozmadığını, eləcə də konstitusiyaya zidd hərəkət edib-etmədiyini araşdırmağı istəyib.
Qeyd edək ki, keçmişdə terror təşkilatlarında çalışmış və Ərdoğanın ekstradisiyasını istədiyi isveçli siyasətçi Kaxabave həmin anlaşmaya əsasən İsveçin PKK terrorçularını da Ankaraya təhvil verəcəyindən bərk narahat olub. Busəbəbdəndə anlaşmaya imza atmış Ann Lindanı bərk tənqid etdiyi də bildirilir. tənqid edib.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Oktyabr 2025 17:52 Vilayət Eyvazov sıra baxışı keçirdi - 14 nəfər Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO
27 Oktyabr 2025 17:50 Komitə sədri: Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər var
27 Oktyabr 2025 17:29 Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarladı
27 Oktyabr 2025 14:08 “Ətə möhür vurmaq üçün pul alınır” – Ekspert AQTA-ni ittiham etdi
27 Oktyabr 2025 11:40 Daha 16 itkin-şəhid dəfn olunacaq
27 Oktyabr 2025 11:16 Muxtar Babayev: UNEP Xəzərdə dayazlaşma ilə bağlı araşdırma layihəsini Azərbaycana təqdim edib
27 Oktyabr 2025 10:17 Ramiz Mehdiyevin həyat yoldaşı ilə bağlı daha bir fakt üzə çıxdı - FACİƏDİR
25 Oktyabr 2025 13:45 

Bakı -°C 









