Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

İkitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə polis əməkdaşları nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən, qırmızı işıqda keçən sürücülər müəyyən olunur və onlarla maarifləndirici söhbətlər aparılır. Sürücülərə qanunvericiliyin tələbləri izah edilir, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.
Polis motosiklet, moped, skuter və velosiped sürücülərinə müraciət edərək diqqətə çatdırır ki, təhlükəsizlik şəxsi seçim deyil, ictimai məsuliyyətdir, hər kəs qaydalara əməl etməlidir.
Digər Xəbərlər

Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTOLAR+VİDEO

Yeni yerüstü piyada keçidi inşa olunur

Bu ərazidəki tikililər söküləcək, parkın ərazisi genişləndiriləcək - VİDEO

Bu ərazilərə yağış yağıb - Faktiki hava

"Canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər" - Mərkəzi Nəbatat Bağından MÜRACİƏT

Azərbaycanda hostellərə müşahidə kamerası qoyulacaq

İsti hava şəraiti həftə sonunadək davam edəcək
