Polis qarlı havada vətəndaşlara belə kömək edir - FOTOLAR
Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.
Adalet.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.
Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir.
Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının olması nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidir", - qurumun müraciətində deyilir.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:55
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO
30 Oktyabr 2026 17:38
Ramiz Mehdiyevlə bağlı QƏRAR
30 Oktyabr 2026 16:35
Milli Məclisdə "Virtual aktivlər haqqında" qanun layihəsi müzakirə olunacaq
30 Oktyabr 2026 16:22
İlham Əliyev onları təltif etdi - SİYAHI
30 Oktyabr 2026 12:39
Yeni Suraxanı–Hövsan xəttinin bərpası davam etdirilir
30 Oktyabr 2026 12:22
Hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılsın - TƏKLİF
30 Oktyabr 2026 12:19
Baş Prokurorluqda yerli idarəetmə qanunçuluğu ilə bağlı tədbir keçirildi
30 Oktyabr 2026 12:00


Bakı -°C

