Polisdən əməliyyat -Narkotik satışına görə 3 nəfər tutuldu

Paytaxtda və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarda 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
Digər Xəbərlər

Silah-sursat daşıyan və narkotik vasitənin təsirində olan "BMW" sürücüsü tutuldu

Polis Sarayda əməliyyatlar keçirdi - Saxlanılanlar var - VİDEO

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Qəbələdə 37 yaşlı kişi intihar etdi

Kartlardan daha 14 min manat oğurlandı

Sabiq məmurun nəvəsi keçmiş sevgilisinin evinə hücum edib? - DİN-dən açıqlama - VİDEO

İşxanyan və qardaşının Qaradağlıda azərbaycanlıları öldürdüyünü sübut edən sənəd tədqiq olundu
